• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

DÇ-2022: Açılış oyununda ev sahibləri məğlub olub - YENİLƏNİB

İDMAN

20 Noyabr 2022 | 22:00 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Açılış oyununda ev sahibləri məğlub olub - YENİLƏNİB

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***21:10

Qətərdə ev sahibləri ilə Ekvador arasında keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.

Hər iki qolu Enner Valensiya vurub. Türkiyə "Fənərbağça"sının hücumçusu 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

***20:53

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

***20:37

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Ekvadorun hücumçusu Enner Valensiya özünün və komandasının ikinci qolunu vurub. 

Hazırda oyun Ekvadorun üstünlüyü ilə davam edir - 2:0.

***20:21

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 16-cı dəqiqədə penaltidən fərqlənən Enner Valensiya Cənubi Amerika təmsilçisini önə çıxarıb.

**20:09

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda vurulan ilk qol ləğv olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, matçın baş hakimi Daniele Orsato VAR sisteminin qərarı ilə oyundakənar vəziyyət qeydə alıb.

***20:06

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, mundialın ilk qolunu 3-cü dəqiqədə Cənubi Amerika təmsilçisindən Enner Valensiya vurub.

***20:00

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, "El-Bayt" stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.

***19:45

Qətərdə ev sahibləri ilə Ekvador arasında keçiriləcək dünya çempionatının açılış oyunu üçün start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

Qeyd edək ki, "El-Bayt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026