• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

İDMAN

19 Noyabr 2022 | 17:15

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

"Rəqib fiziki cəhətdən güclüdür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Şimali Makedoniya yığmasının futbolçusu Enis Bardi Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib: "Bu gün futbolda favorit yoxdur. Yaxşı oynamaq özümüzdən asılıdır. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdır. Sabah müsbət nəticə əldə edəcəyimizə inanıram".

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026