• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DÇ-2022: Argentina və Fransa yığmaları 3-cü çempionluq arzusunda

İDMAN

18 Dekabr 2022 | 09:36 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Argentina və Fransa yığmaları 3-cü çempionluq arzusunda

Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.

“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.

DÇ-2022

Final

18 dekabr

19:00. Argentina - Fransa

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Lusail” stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026