• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Real”ın sabiq futbolçusu Azərbaycanda çıxış edə bilər

İDMAN

16 Yanvar 2023 | 14:34

“Real”ın sabiq futbolçusu Azərbaycanda çıxış edə bilər

İspaniyalı vinger Xese Rodriqez karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, İspaniyanın “Relevo” nəşri “Ankaragücü” ilə yollarını ayıran hücumçuya Azərbaycandan iki təklifin olduğu barədə məlumat yayıb. 

Ancaq Xeseyə hansı klubların maraq göstərməsi barədə məlumat verilməyib. İspaniyalı yarımmüdafiəçi üçün digər variant isə “Sidney” klubudur. Xese başqa təkliflər gözləyərək, gələcək bütün təkliflərdən sonra seçim etməyi planlaşdırır.

Xatırladaq ki, ispaniyalı daha əvvəl “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Stok Siti”, “Sportinq” klublarında çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026