• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“PSJ nankor klubdur” - Poçettino

İDMAN

19 Noyabr 2022 | 17:45

“PSJ nankor klubdur” - Poçettino

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisi haqda danışıb.

Bakıvaxtı.az  xarici KİV-lərə istinadən xəbər verir ki, o, PSJ-ni nankor klub adlandırıb:

“Belə bir komanda qurmaq çətin iş idi. Ulduz, istedadlı futbolçuların yer aldığı komandada istədiyimi etmək üçün vaxt lazım oldu. Amerika kubokundan və Avropa çempionatından yeni dönən futbolçular var idi, digərləri zədəli idi. Yeni şəhər, yeni mədəniyyət... Komandada millilərinin 9-10 kapitanı var idi. Düşünürəm ki, bu, bir daha heç vaxt yaşamayacağım qeyri-adi bir təcrübə idi. Onlar nankordurlar. Məşqçinin əməyini heç kim qiymətləndirmir. Əgər qalib gəlirsənsə, bu, oyunçuların fərdi istedadına görədir. Əgər uduzsan, bu, məşqçinin günahıdır”.

Qeyd edək ki, PSJ bu yay Poçettinonu istefaya göndərib. Onu Kristof Qaltye əvəzləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026