• Bakı 16° C

    2.11 m/s

"Bəzi oyunlarda vacib xallar itirmişik" - Eddi İsrafilov

İDMAN

19 Noyabr 2022 | 15:29

"Bəzi oyunlarda vacib xallar itirmişik" - Eddi İsrafilov

"Bəzi matçlarda vacib xallar itirdik. Bunu istəməzdik. Ümumi götürsək, oynamadığım dönəmdə komandamın perpormasını yaxşı dəyərləndirirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov klubun rəsmi televiziyasına açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

Zədəsini sağaldan 30 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Məşqlərdə iştirakı səbirsizliklə gözləyirdim. Artıq komanda ilə birlikdəyəm. Baş məşqçi şans versə, kömək etməyə hazıram".

İsrafilov XV turda "Səbail"lə görüşün asan olmayacağını söyləyib: "Rəqib yaxşı heyətə malikdir. Amma bizim adımız "Neftçi"dir və qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026