• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın zədəli futbolçularının son durumu

İDMAN

21 Oktyabr 2022 | 20:36 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ın zədəli futbolçularının son durumu

“Qarabağ”ın zədəli futbolçularının vəziyyətlərinə aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz”la matçında sıradan çıxan Bədavi Hüseynov və məşqdə zədələnən Şahruddin Məhəmmədəliyev komandanın bugünkü məşqində iştirak etməyiblər.

Bildirilib ki, həkim müayinəsindən sonra hər iki oyunçunun vəziyyətinin ağır olmadığı, bununla belə, bir müddət məşqlərə qoşula bilməyəcəyi aydınlaşıb: “Onların komandanın növbəti hazırlığında iştirak edib-etməyəcəkləri də bəlli deyil”.

Məlumatda həmçinin qeyd edilib ki, oyunçuların mövcud zədələri onların Avropa Liqasının qrup mərhələsinin “Nant”la matçında oynamaqlarına əngəl deyil: “Ancaq buraxılan məşqləri nəzərə alsaq, hər iki futbolçunun hazırlıq səviyyəsinin necə olacağı şübhəlidir. Bu səbəbdən həm Şahruddin, həm də Bədavinin Fransada meydana çıxıb-çıxmayacaqları ilə bağlı yekun qərarı baş məşqçi verəcək”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026