• Bakı 24° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

İtaliya çempionatı təxirə düşə bilər

İDMAN

25 Iyul 2022 | 11:39

İtaliya çempionatı təxirə düşə bilər

Qarşıdan gələn İtaliya futbol çempionatı planlaşdırılandan gec başlaya bilər. Səbəb isə hazırda Avropada müşahidə olunan anomal yüksək temperaturdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Lorenso Kazini xəbərdarlıq edib.

“Mövsümə avqustun 13-də başlamaq çətin olacaq. Birinci problem iqlimlə bağlıdır, çünki indiki temperaturlar davam edərsə, mövsümə qeyd olunan tarixdə başlamaq çox çətin olacaq. İkinci məqam odur ki, bu mövsüm Qətərdə keçirilən dünya çempionatı ilə bağlı fasilə səbəbindən özlüyündə qeyri-adi olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, ötən mövsümün sonunda A seriyasının qalibi “Milan” olub. Çempionatda ikinci yeri “İnter”, üçüncü yeri “Napoli”, dördüncü yeri “Yuventus” tutub.

Qeyd edək ki, yerli mediada İtaliyanın bəzi bölgələrində havanın temperaturunun 40°C-dən çox olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026