• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycan idmanı tarixində ilk yaşanıb

İDMAN

23 Avqust 2022 | 13:37 | Müəllif: Subhan Mahmudov

Azərbaycan idmanı tarixində ilk yaşanıb

Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

Azərbaycan Badminton Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, bu, Azərbaycan badmintonu tarixində bir ilkdir.

İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqust tarixlərində keçirilən və 15 ölkədən idmançıların qatıldığı “FOX's Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində iştirak edəcək.

Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026