• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan poloçuları ABŞ-la heç-heçə etdi

İDMAN

21 Sentyabr 2022 | 17:57

Azərbaycan poloçuları ABŞ-la heç-heçə etdi

Polo üzrə Azərbaycan milli komandası ABŞ yığması ilə yoldaşlıq oyunu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Binə atçılıq mərkəzindəki yeni istefadəyə verilmiş arenadakı qarşılaşma 6:6 hesabı ilə başa çatıb.

ABŞ yığmasının üzvü və “Grand Champions Polo Club” polo klubunun sahibi Melissa Qanzi açıqlamasında uzun illər Azərbaycanla polo idman növü üzrə əməkdaşlıq etdiklərini bildirib:

"Bu əməkdaşlıq günü-gündən inkişaf edir. ABŞ-la Azərbaycan arasında idman sahəsində xoş münasibətlər var. Azərbaycan hər zaman idmana və onun inkişafına xüsusi diqqət yetirir".

Qanzi məkanın açılışında iştirakdan məmnunluğunu vurğulayıb: "Bu məkan ölkədə Polonun inkişafı üçün əlverişli şərait yaradacaq, həmçinin ölkənin bu idman növü üzrə dünyada tanınmasına töhfə verəcək. Burada çox yaxşı idmançılar var. Azərbaycan sözün əsl mənasında beynəlxalq yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir". /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026