• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Mingəçevir Reqatası" start götürür

İDMAN

21 Oktyabr 2022 | 09:00

"Mingəçevir Reqatası" start götürür

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"da ilk günün proqramı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq yarışa işğaldan azad olunmuş Suqovuşanda start veriləcək.

İlk gündə kişilər və qadınlar arasında 200 metr məsafəyə kayak və kanoe yarışları baş tutacaq.

Bəzi yaş kateqoriyalarında iştirakçı sayı az olduğundan mübarizə birbaşa finaldan başlayacaq. Digərləri isə əvvəlcə yarımfinal, daha sonra final mərhələsində qüvvələrini sınayacaq.

Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandalarının iştirak edəcəyi reqatadan öncə rəsmi açılış mərasimi olacaq.

Komandalar bu gün Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər.

Yarış 22-23 oktyabrda isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar.

Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar. /Report


"Mingəçevir Reqatası" start götürür"Mingəçevir Reqatası" start götürür
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026