• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Arsenal" pley-offda - Avropa Liqası

İDMAN

20 Oktyabr 2022 | 23:21 | Müəllif: Subhan Mahmudov

"Arsenal" pley-offda - Avropa Liqası

UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçirilib.

Bakıvaxtı.az  xəbər verir ki, A qrupunda İngiltərə "Arsenal"ı Londonda Niderlandın PSV komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka vurub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "topçular" pley-offa vəsiqəni təmin ediblər. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, A qrupunda Norveçin "Budö Qlimt" və İsveçrənin "Sürix" klubları da mübarizə aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR