• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı

İDMAN

21 Oktyabr 2022 | 09:53

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib.

Bakıvaxtı.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, seriya yubiley həddinə Premyer Liqanın XI turunda çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan "köhlən atlar" ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub.

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR