• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Modriç "Real"da qalır?

İDMAN

22 Sentyabr 2022 | 00:47 | Müəllif: Subhan Mahmudov

Modriç "Real"da qalır?

"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalamağa müsbət yanaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Klub 37 yaşlı yarımmüdafiəçi ilə bağlı qərarı növbəti il verəcək. Lakin rəhbərlik onun komandada qalmasına müsbət yanaşır. Bildirilir ki, tərəflər arasındakı qarşılıqlı hörmət hazırkı formada qalarsa, onlar sözləşməni tez bir zamanda 2024-cü ilədək uzadacaqlar.

Modriç isə hesab edir ki, fiziki forması ona İspaniya təmsilçisinin əsas komandasında oynamağa imkan verir. Xəbərdə futbolçunun klubun səviyyəsinə uyğun gələ bilməyəndə peşəkar karyerasını bitirəcəyi bildirilib. Lakin "Real" xorvatiyalı oyunçunu karyerasını başa vurduqdan sonra komandanın strukturunda saxlamaq istəyir. (qol.az)

Daha əvvəl Modriç 2024-cü ilə qədər Xorvatiya millisində oynamaq istədiyini açıqlamışdı.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"ın formasını geyini. O, 2006-cı ildən Xorvatiya millisində oynayır. Modriç karyerası ərzində "İnter", "Dinamo" (Zaqreb) kimi komandalarda da çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026