• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu gün Azərbaycanın oyunu var

İDMAN

22 Sentyabr 2022 | 09:11

Bu gün Azərbaycanın oyunu var

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Trnavanın Antona Malatinski stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq.

22 sentyabr

UEFA Millətlər Liqası

V tur

22:45. Slovakiya - Azərbaycan

Baş hakim: Uilyam Kollam

Trnava. Antona Malatinski stadionu

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də VI - sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026