PSJ-nin qapıçısı Keylor Navas "Napoli"yə keçməyə çox yaxındır.
Bakıvaxtı.az "La Repubblica"ya istinadən xəbər verir ki, A seriyası təmsilçisi hazırda Kosta-rikalı oyunçu ilə transfer danışıqlarını yekunlaşdırıb. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, PSJ-nin yeni mövsüm əsas qapıçısı Canluici Donnarumma olacağı üçün Navas Paris təmsilçisindən ayrılmaq qərarı verib.















