Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, turun son matçında "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb.
16-cı dəqiqədə Ceydon Sanço hesabı açıb, 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2-yə çatdırıb. 82-ci dəqiqədə Məhəmməd Salah hesab arasındakı fərqi azaldıb.
Cari mövsümdə ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.















