• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Qarabağ"ın rəqibi yeni baş məşqçisini təqdim etdi

İDMAN

21 Sentyabr 2022 | 14:14

"Qarabağ"ın rəqibi yeni baş məşqçisini təqdim etdi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb.

Bakıvaxtı.az Pirey təmsilçisinin tviter hesabına istinadən xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb.

59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026