• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" "Turan Tovuz"a qalib gəldi

İDMAN

20 Oktyabr 2022 | 21:34 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Turan Tovuz"a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün yeganə oyununda "Qarabağ" "Turan Tovuz"u qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub.

Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.

Qeyd edək ki, XI turun "Qəbələ" - "Kəpəz", "Sumqayıt" - "Zirə" oyunları oktyabrın 22-də, "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026