• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Mançester Yunayted" Ronaldonu heyətdən kənarlaşdırdı

İDMAN

20 Oktyabr 2022 | 22:43 | Müəllif: Subhan Mahmudov

"Mançester Yunayted" Ronaldonu heyətdən kənarlaşdırdı

"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldonu heyətdən kənarlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı hücumçu Premyer Liqanın 13-cü turunda "Çelsi" ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.

Buna portuqaliyalı hücumçunun intizamsız davranışları səbəb olub. Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişindən meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026