• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrailli futbolçunun atası baş məşqçi haqda: Onu it kimi qovdular

İDMAN

26 Iyul 2022 | 12:37 | Müəllif: Qalib İbrahimoğlu

İsrailli futbolçunun atası baş məşqçi haqda: Onu it kimi qovdular

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə”ni 3:0 hesabı ilə məğlub edən İsrailin “Makkabi” (Təl-Əviv) klubunun düşərgəsində insident baş verib.

Bakıvaxtı.az“Sport1.maariv” nəşrinə istinadən xəbər verir ki, qarşılaşmadan sonra futbolçu Oskar Qloçun atası Maksim Qloç baş məşqçi Vladimir İviçə hücum edib.

O, 18 yaşlı israilli yarımmüdafiəçinin 89-cu dəqiqədə meydana çıxmasına qəzəblənib.

M.Qluç açıqlamasında 45 yaşlı mütəxəssisi axmaq adlandırıb:

"Axmaq məşqçi, ona görə onu İngiltərədən qovdular, orda da eyni şeyi edərdi, ulduzları oynamağa qoymazdı. Onu it kimi bayıra atdılar, İngiltərədə onu saymadılar, İsraildə buna görə onu qovmayacaqlar”  deyən M.Qluç, oğlunun V.İviçlə bir komandada qalmayacağına ümit etdiyini bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026