• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ronaldo İtaliyaya qayıda bilər

İDMAN

28 May 2022 | 20:39

Ronaldo İtaliyaya qayıda bilər

"Mançester Yunayted" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo İtaliya "Roma"sına keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, klubun amerikalı sahibi Dan Fridkin Konfrans Liqasını qazandıqdan sonra, komandaya ulduz oyunçu cəlb etmək niyyətindədir.

Xarici mətbuatda yayılan xəbərlərə görə, bu futbolçulardan biri Ronaldodur. "Canavarlar"ın baş məşqçisi Joze Mourinyo onu "Real"la işlədiyi vaxtdan tanıyır. Ronaldonun gəlişi klubun həm iqtisadi, həm də idman baxımından inkişafına səbəb ola bilər. 

Qeyd edək ki, Ronaldo ötən ilin yayından "Mançester Yunayted"də çıxış edir.


SON XƏBƏRLƏR

25 Aprel 2024