• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Mahirin klubu baş məşqçisi ilə bağlı qərar verdi

İDMAN

28 May 2022 | 23:15

Mahirin klubu baş məşqçisi ilə bağlı qərar verdi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su baş məşqçi ilə bağlı qərarını verib.

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi hazırkı baş məşqçisi Ante Çaçiçlə müqavilənin müddətini uzadıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, xorvat mütəxəssis bu ilin aprelindən "Dinamo"nu çalışdırırdı. Komanda 2021/2022 mövsümündə Xorvatiya çempionu olub.


SON XƏBƏRLƏR