• Bakı 17° C

    2.31 m/s

Məşhur futbol agentinin ölüm xəbəri TƏSDİQLƏNDİ

İDMAN

30 Aprel 2022 | 19:53 | Müəllif: Subhan Mahmudov

Məşhur futbol agentinin ölüm xəbəri TƏSDİQLƏNDİ

Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayolanın ölüm xəbəri təsdiqini tapıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun ailə üzvləri sosial şəbəkələrdə paylaşım ediblər.

Rayolanın 54 yaşında müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib.

O, yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.

Qeyd edək ki, Mino Rayola İngiltərən "Mançester Yunayted"ində çıxış edən Pol Poqba və Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi. ("Report")


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026