• Bakı 14° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Mane “Liverpul”dan gedir

İDMAN

29 May 2022 | 22:58 | Müəllif: Subhan Mahmudov

Mane “Liverpul”dan gedir

Sadio Mane bu yay “Liverpul”u tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu idman jurnalisti Fabrisio Romano yazıb.

O, bildirib ki, cinah oyunçusu növbəti transfer pəncərəsində klubunu dəyişmək qərarına gəlib.

Məlumata görə, Mane üçün ən ciddi namizəd Münhen “Bayern”idir. Lakin Sadio indiyədək Çempionlar Liqasının finalını gözlədiyi üçün transfer hələ ki,  rəsmiləşdirilməyib.

“As”ın məlumatına görə, yarımmüdafiəçi turnirin finalında “Real”a uduzandan (0:1) sonra “Liverpul”la vidalaşıb. Futbolçu hər şeyə görə azarkeşlərə və məşqçiyə təşəkkür edib, komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Mane 2016-cı ildən “Liverpul”da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026