• Bakı 20° C

    2.65 m/s

Braziliyalı hücumçu "Qəbələ"nin təklifini qəbul etmədi

İDMAN

28 Iyun 2022 | 21:13 | Müəllif: Subhan Mahmudov

Braziliyalı hücumçu "Qəbələ"nin təklifini qəbul etmədi

"Qəbələ" ötən gün "Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Ramon Maçadoya təklif göndərib.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə report-a əyalət klubunun baş meneceri Nail Kərimov məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu təklifə müsbət yanaşmayıb: "Böyük ehtimalla, məsələ bağlanıb. Maraqlandığımız digər oyunçular var. Amma hələlik konkret bir şey yoxdur".

Qeyd edək ki, Ramon Maçado 2021-ci ilin sentyabrından "Neftçi"də çıxış edirdi. Paytaxt klubunda 28 oyun keçirən futbolçu 7 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026