• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

UEFA "Fənərbağça" - "Dinamo Kiyev" matçı ilə bağlı araşdırmaya başladı

İDMAN

28 Iyul 2022 | 19:40

UEFA "Fənərbağça" - "Dinamo Kiyev" matçı ilə bağlı araşdırmaya başladı

UEFA "Fənərbaxça" azarkeşlərinin "nalayiq davranışı"na görə intizam istintaqı başladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fənərbaxça Klubu futbol komandasının UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Ukrayna təmsilçisi Kiyev "Dinamo"su ilə matçında sarı-göylü azarkeşlərdən bəzilərinin Rusiya prezidenti Vladimir Putinin lehinə alqışlarla qarşılanması ilə bağlı açıqlama verib.

Sarı-göylü klubdan verilən açıqlamada bəzi tribunalardan eşidilən alqışların klubu təmsil etmədiyi və klubun korporativ mövqeyini əks etdirmədiyi bildirilib.

Fənərbaxçanın ictimai və humanitar mövzularda maarifləndirməyə önəm verdiyini və bunu məsuliyyət kimi gördüyünü vurğulayaraq, "Klubumuz 24 fevral 2022-ci ildə müharibə prosesinin başlanğıcı olan bu prosesə reaksiya verən ilk klub oldu. Bu diskurs Klubumuzun mövqeyini və dəyərlərini heç vaxt təmsil etməyən , bütün azarkeşlərimizə bir xatırlatmadır. Məsuliyyəti klubumuza yükləmək ədalətli yanaşma deyil. Bu nöqtədə həm ölkəmizi, həm də klubumuzu pisləyirik. Bu məsələyə qarışaraq, anlaşılmazlığa səbəb olacaq şəkildə gündəm yaratmağa çalışaraq, məsələni siyasətlə əlaqələndirirlər”.-klubun açıqlamasında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026