"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u heyətinə yeni futbolçu cəlb edib.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, Pire ytəmsilçisi "Notinqem Forest"dən Hvanq Ui-Conu bu mövsümün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, cənubi koreyalı hücumçu bu gün "Bordo"dan "Notinqem Forest"də transfer olnumuşdu.
















