• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

İDMAN

25 Sentyabr 2022 | 17:04

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisi şəhərində “wtt youth contender Tbilisi” turnirində bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.


SON XƏBƏRLƏR