• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Cüdoçularımız Sloveniyada 8 medal qazandı

İDMAN

24 Oktyabr 2022 | 23:22 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Sloveniyada 8 medal qazandı

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib.

Bakıvaxtı.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,  U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR