• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DÇ-2022:İspaniya Kosta Rikanı darmadağın etdi - YENİLƏNİB 

İDMAN

23 Noyabr 2022 | 22:01 | Müəllif: Subhan Mahmudov

DÇ-2022:İspaniya Kosta Rikanı darmadağın etdi - YENİLƏNİB

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.

Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.

***21:53

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan matçda İspaniya Kosta Rikanı darmadağın edir. 

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində Morata İspaniyanın 7-ci qolunu vurub. 

***21:52

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan İspaniya - Kosta Rika matçında hesab dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində Karlos Soler komandasının altıncı qolunu vurub.

***21:37

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisi 5-ci topu rəqibin qapısından keçirib. 74-cü dəqiqədə Qavi fərqlənib.

***21:17

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda növbəti qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisi 4-cü topu rəqibin qapısından keçirib. Ferran Torres 54-cü dəqiqədə dublunu rəsmiləşdirib.

***21:09

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 3-ci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 3:0.

***20:52

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Pireney təmsilçisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb.

***20:38

İspaniya millisi Qətərdəki dünya çempionatında Kosta Rikaya qarşı keçirdiyi E qrupunun ilk tur oyununda 3-cü qolu vurub.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisinin heyətində Ferran Torres fərqlənib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

***20:25

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 2-ci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, 21-ci dəqiqədə fərqlənən marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb - 2:0.

***20:14

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisi 11-ci dəqiqədə Dani Olmonun vurduğu qolla önə keçib.

***20:01

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

 

***19:36

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026