• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Millimizin FİFA reytinqindəki yeri

İDMAN

22 Dekabr 2022 | 13:49

Millimizin FİFA reytinqindəki yeri

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəliləyib.

Bakıvaxtı.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151.82 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

2022-ci ilin son reytinq siyahısına 1840.77 xalla Braziliya başçılıq edir. Aktivində 1838.38 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823.39 xalla üçüncüdür.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465.38 xalla 44-cü yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR