• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Arsenal” Belçika millisinin futbolçusunu transfer etdi

İDMAN

20 Yanvar 2023 | 15:41

“Arsenal” Belçika millisinin futbolçusunu transfer etdi

İngiltərənin “Arsenal” klubu Belçika millisinin futbolçusu Leandro Trossardı transfer edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, Premyer Liqanın digər təmsilçisi “Brayton”da çıxış edən 29 yaşlı yarımmüdafiəçi London klubunda tibbi müayinədən uğurla keçib. Trossard yaxın müddətdə yeni komandası ilə 3,5 illik müqavilə bağlayacaq. Onun transferi “Arsenal”a 30 milyon avroya başa gəlib.

Qeyd edək ki, Leandro Trossard cari mövsüm 16 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib. O, Belçika yığmasında meydana çıxdığı 24 görüşdə 5 dəfə fərqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026