• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Peledən XƏBƏR VAR: Milad bayramını da...

İDMAN

22 Dekabr 2022 | 09:50 | Müəllif: Qalib İbrahimoğlu

Peledən XƏBƏR VAR: Milad bayramını da...

Braziliya və dünya futbolunun əfsanəsi Pelenin səhhəti pisləşib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun qızı Kely Nascimento sosial şəbəkədə paylaşım edib.

O, İnstaqram səhifəsində bu il Milad bayramında evdə olmayacaqlarını yazıb: "Həkimlərlə apardığımız qiymətləndirmədən sonra burada qalmağın daha yaxşı olduğuna qərar verdik".

San-Pauludakı İsraelita Albert Eynşteyn Xəstəxanası Pelenin xərçənginin irəlilədiyini, böyrək və ürək xəstəliklərinə görə daha çox qayğıya ehtiyacı olduğunu açıqlayıb.

2021-ci ilin sentyabrında yoğun bağırsağından şiş çıxarılan Pele o vaxtdan bəri müntəzəm müalicə alır.

Xəstəxanadan əvvəlcə Pelenin tənəffüs yolları infeksiyasının müalicəsinə yaxşı cavab verdiyi bildirilib. Daha sonra qeyd edilib ki, kimyaterapiya müalicəsi yenidən qiymətləndirilir.

Aytac Aslan


Peledən XƏBƏR VAR: Milad bayramını da...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026