Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.
Bakıvaxtı.az xəbər verir ki, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
15:07
Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.
14:50
Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
14:02
Qətərdə keçirilən dünya çempionatının F qrupunda ilk turun Mərakeş - Xorvatiya qarşılaşması start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, F qrupunun ilk turunda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmaları aşağıdakı heyətlə oynayır:
Xorvatiya: 1. Dominik Livakoviç (q), 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss, 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri








jpg-1671702733.webp)







