• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Mourinyodan Ronaldo açıqlaması

İDMAN

24 Oktyabr 2022 | 21:10 | Müəllif: Subhan Mahmudov

Mourinyodan Ronaldo açıqlaması

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun əsas komandadan uzaqlaşdırılması ilə bağlı vəziyyəti şərh edib.

Bakıvaxtı.az "Sport Bible" nəşrinə istinadən xəbər verir ki, o deyib: “Məşqçi başa düşməlidir ki, o, belə oyunçuya necə oynamağı öyrədə bilməz. Ronaldoya cərimə zərbələri vurmağı, İbrahimoviçə topu sinəsində saxlamağı, Didye Droqbaya havada oynamağı öyrətməyəcəksən. Sizin vəzifəniz onlara bu klubda komanda şəklində necə oynamağı öyrətməkdir".

Qeyd edək ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”lə oyunda (2:0) meydana çıxmaqdan imtina edib. O, daha sonra matçın bitməsini gözləməyərək, stadiondan ayrılıb. Buna görə də Ronaldo əsas komandadan uzaqlaşdırılıb. Həmçinin ona böyük məbləğdə cərimə kəsiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026