• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Cüdoçularımız dünya çempionatını 3 medalla başa vurdular

İDMAN

27 Avqust 2022 | 16:39 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız dünya çempionatını 3 medalla başa vurdular

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulub. Ramazan Əhmədov (90+ kq) ilk görüşündə Con Messe Bessonqa (Kanada) uduzub. Qadınların yarışında Nigar Süleymanova (70+ kq) Sevinc Turakulovanı (Özbəkistan) və Morqan De Paolini (İtaliya) mübarizədən kənarlaşdırsa da, Selia Kankanın (Fransa) müqavimətini qıra bilməyib. Təsəlliverici görüşdə Yovana Styepanoviçə (Serbiya) məğlub olan Süleymanova medalsız qalıb.

Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatını üç medalla başa vurublar. Daha əvvəl Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR