• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Millimizin dünya reytinqindəki yeri

CƏMİYYƏT, İDMAN

26 Sentyabr 2022 | 15:07

Millimizin dünya reytinqindəki yeri

Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, cədvəldə dünyanın 164 komandası yer alıb.


Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.


Aktivində 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Yığmamız Avropa ölkələri arasında 45-cidir.

Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026