"Biz indi böyük millət, güclü dövlət mövzusunu müzakirə edirik. Bu müzakirələr orta və ali təhsil müəssisələrində də aparılmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, vahid Azərbaycan ideyası altında birləşməyimiz üçün konsepsiya hazırlanmalıdır: “Güclü dövləti məhv etmək üçün dini və milli məsələlərdən istifadə olunur".\
Azərbaycanda kifayət qədər İran təfəkkürlü insanların olduğunu deyən C.Məmmədov vurğulayıb ki, İran burada müəyyən qruplar yaradıb: "Ona görə də, milli, müasirlik və dini məsələdə işlər aparılmalıdır. Biz hazırda ciddi təhdidlərlə üz-üzəyik. Bəzi qonşu ölkələrin və Qərbin bizə qarşı açıqlamalarını, bəyanatlarını görürük. Böyük millət, güclü dövlət üçün biz ideoloji xətti gücləndirməliyik. Ayıq-sayıq olmalıyıq”.
Ramid İbrahimov
















