• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Deputatdan bəstəkarla bağlı Baş nazirə MÜRACİƏT

CƏMİYYƏT

25 Noyabr 2022 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

Deputatdan bəstəkarla bağlı Baş nazirə MÜRACİƏT

"Bəstəkar Elza İbrahimovanın xatirəsinə həsr olunmuş memorial abidə hələ də ucaldılmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədova müraciətində bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın görkəmli bəstəkarı Elza İbrahimovanın 85 illik yubileyinə çox az qalıb: "Onun dünyadan köçməsindən 11 il keçir. Ailəsi Mədəniyyət Komitəsini ziyarət edib. 2019-c ildə “Görkəmli şəxslərin adının əbədiləşdirilməsi” ilə bağlı verilən qərara əsasən bəstəkarımızın yaşadığı binanın qarşısında memorial abidəsinin qoyulması nəzərdə tutulmuşdu. 2020-c ildə yekdilliklə qərar qəbul edilməsinə baxmayaraq, orda həmin memorial abidə hələ də qoyulmayıb. Ailəsi istəyirdi ki, Elza İbrahimovanın 85 illik yubileyinə qədər abidəsi ucaldılmış olsun. Cənab Baş nazirdən bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026