• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi oldu - FOTO

İDMAN

25 Sentyabr 2022 | 22:05

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi oldu - FOTO

Atıcımız Ruslan Lunyov Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Lapua Avropa Kubokunun finalında qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, azərbaycanlı atıcı 25 metr məsafəyə standart tapançadan atəş üzrə qızıl, odlu silahdan atəş üzrə gümüş medal qazanıb.

Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və Avropanın qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır. Kubok il ərzində keçirilən 4 təsnifat mərhələsindən ibarətdir. Ruslan Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən üçüncü təsnifat mərhələsində iki gümüş və bir qızıl medal qazanıb.

Qeyd edək ki, Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitan rütbəsində xidmət edir.


SON XƏBƏRLƏR