• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

İDMAN

25 Oktyabr 2022 | 19:22 | Müəllif: Subhan Mahmudov

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

Türkiyə "Beşiktaş"ı baş məşqçisi Valeryen İsmael ilə vidalaşır.

Bakıvaxtı.az "NTV Spor"a istinadən xəbər verir ki, buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir. "Qara qartallar" son 5 qarşılaşmada cəmi 1 qələbə qazanıb.

Artıq tərəflər müqavilənin qarşılıqlı şəkildə pozulması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, fransalı mütəxəssis mövsümün sonunadək ona ödənilməli olan məvacibin yarısını alacaq. Bu məbləğ isə təqribən 450 000 avro təşkil edir.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasında 11 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR