• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşdi

İDMAN

24 Noyabr 2022 | 10:31

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşdi

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.

O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.

17 min tamaşaçı tutumuna malik “Raiffeisen Arena”da açılış matçı fevralın 24-də ölkə çempionatının XIX turu çərçivəsində LASK-la “Lustenau” arasında olacaq.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026