• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

DÇ-2022: İsveçrə Kameruna qalib gəldi - YENİLƏNİB

İDMAN

24 Noyabr 2022 | 16:03

DÇ-2022: İsveçrə Kameruna qalib gəldi - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

15:15

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, 48-ci dəqiqədə fərqlənən Bril Embolo Avropa təmsilçisini önə keçirib.

 

14:51

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

 

14:01

Qətərdə keçirilən dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas

Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


SON XƏBƏRLƏR

24 Aprel 2024