• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qurbanov "Qarabağ"ın rəqiblərini belə şərh etdi

İDMAN

26 Avqust 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

Qurbanov "Qarabağ"ın rəqiblərini belə şərh etdi

İddialı bir qrupa düşmüşük. Birbaşa görünür ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

"Frayburq" və "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik", - Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, qrup mərhələsindəki matçlara sentyabrın 8-də start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR