• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ"ın zədəli futbolçularından XƏBƏR VAR

İDMAN

28 Iyul 2022 | 01:23 | Müəllif: Qalib İbrahimoğlu

"Qarabağ"ın zədəli futbolçularından XƏBƏR VAR

İsveçrədə "Sürix"ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçuları - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra mətbuat konfransında açıqlama verib.

50 yaşlı mütəxəssis Medinanın zədəsinin ciddi ola biləcəyini istisna etməyib: "Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur" (report.az).

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk qarşılaşmada "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026