• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Onlar da La Liqaya vəsiqə qazandı

İDMAN

30 May 2022 | 13:43

Onlar da La Liqaya vəsiqə qazandı

“Almeriya” və “Valyadolid” İspaniya La Liqasına vəsiqə qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, Sequndada ötən gecə baş tutan mövsümün son turunda “Almeriya” “Leqanes”lə bərabərə qalıb – 2:2.

“Valyadolid” isə son oyunda “Hueska”nı məğlub edərək (3:0) mövsümü 2-ci pillədə başa vurub. Hər iki komanda mövsümü 81 xalla başa vurub. Lakin əlavə göstəricilərdə – şəxsi görüşlərin nəticələrində “Almeriya” “Valyadolid”dən üstün olduğu üçün çempion olub.

“Valyadolid” aşağı liqaya düşdükdən bir il sonra La Liqaya qayıdıb. “Almeriya” isə 2015-ci ildən bəri yüksək liqada oynamırdı.

“Eybar”, “Las Palmas”, “Tenerife” və “Jirona” pley-off mərhələsində La Liqaya sonuncu vəsiqə uğrunda oynayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR