• Bakı 15° C

    1.79 m/s

"Qarabağ"ın rəqibindən qələbə

İDMAN

29 Iyun 2022 | 00:06 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın rəqibindən qələbə

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" (Poznan) sonuncu yoxlama oyunu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Polşa təmsilçisi ölkənin digər klubu "Yagelloniya" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Komandanın heyətində Antonio Miliç dubl edib. Bu, "Lex"in  "Qarabağ"la görüş öncəsi son matçı olub.

Qeyd edək ki, "Lex" bundan əvvəl iki yoxlama oyununda "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə uduzub.

Xatırladaq ki, "Qarabağ" iyulun 5-i səfərdə "Lex"lə qarşılaşacaq. Bu komandalar arasında cavab görüşü  isə bir həftə sonra Bakıda olacaq.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026