• Bakı 24° C

    5.8 m/s

"Real"dan 35-ci ölkə çempionluğu!

İDMAN

30 Aprel 2022 | 20:31 | Müəllif: Subhan Mahmudov

"Real"dan 35-ci ölkə çempionluğu!

"Real" La Liqada 2021/2022 mövsümünün qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, Madrid təmsilçisi 34-cü turda "Espanyol"u 4:0 hesabı ilə darmadağın edərək çempionluğu vaxtından əvvəl rəsmiləşdirib.

"Real" - "Espanyol" - 4:0
Qollar: 
Rodriqo, 34, 44, Asensio, 56, Benzema, 81

Bu qələbə ilə xalını 81-ə yüksəldən Karlo Ançelottinin baş məşqçisi olduğu komanda rəqibləri üçün əlçatmaz olub. "Sevilya" 64 xalla 2-ci, "Barselona" 63 xalla 3-cüdür.

Beləliklə, "Real" tarixində 35-ci dəfə İspaniya çempionu adına yiyələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026