• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ronaldinyo Messini müdafiə etdi

İDMAN

31 Mart 2022 | 21:05 | Müəllif: Subhan Mahmudov

Ronaldinyo Messini müdafiə etdi

Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Ronaldinyo bir neçə gün əvvəl PSJ-nin hücumçusu Lionel Messinin azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, veteran hücumçu AS nəşrinə açıqlamasında keçmiş komanda yoldaşını müdafiə edib:

"Məncə, Messi üçün hazırda çətindir. Çünki o, həmişə eyni üslubda çıxış edən komandada uzun illər tamam başqa futbol oynayıb. Onun etməli olduğu tək şey uyğunlaşmaq idi. Messiyə daha çox vaxt lazımdır. Messiyə fit çalsanız, heç nə dəyişməyəcək. Dünyanın ən yaxşısını alqışlasanız, kimi alqışlayacaqsınız? Mən bunu başa düşmürəm". 

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında 18 oyuna 2 qol vurub, 10 qol ötürməsi edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR